“Karvan-Yevlax” FK heyətini gücləndirməyə davam edir. Klubumuz yarımmüdafiəçi Ceyhun Bağırzadə ilə yeni bir illik müqavilə imzalayıb. Futbolçu ötən mövsüm 7 oyunda meydana çıxaraq komandanın uğurları üçün mübarizə aparıb. Klub rəhbərliyi Bağırzadənin yeni mövsümdə də komandaya faydalı olacağına inanır. Azarkeşlər isə futbolçunun “Karvan” formasında yenidən mübarizə aparacağına sevinirlər.
