“Karvan” Futbol Klubu stadionumuzla bağlı yeniliyi diqqətinizə çatdırır. Bildirmək istəyirik ki, Yevlax şəhər stadionunda təmir işlərinə yaxın günlərdə start veriləcək. Klub rəhbərliyi əvvəlcə süni qazon planlaşdırsa da, AFFA ilə aparılan məsləhətləşmələrdən sonra əsas arenada yüksək standartlara uyğun təbii ot örtüyü salınmasına qərar verilib. 
Bununla yanaşı, bazamızın ərazisində əlavə meydançada süni qazon quraşdırılacaq ki, bu da komandanın məşq prosesi və infrastruktur imkanlarını daha da yaxşılaşdıracaq. Təmir işlərinin iyul ayından etibarən başlaması nəzərdə tutulur və proses bir qədər vaxt ala bilər. 
Təmir müddətində “Karvan”ın ev oyunları müvəqqəti olaraq “Şamaxı” və ya “Qəbələ” stadionunda keçiriləcək. Hazırda hər iki klubla danışıqlar aparılır və yekun qərar barədə ictimaiyyətə əlavə məlumat veriləcək.