Komandamızın yarımmüdafiəçisi Rəhman Şabanov “Karvan-Yevlax” FK ilə yeni bir illik müqavilə imzalayıb. 28 yaşlı futbolçu ötən mövsüm sabit çıxış edərək 23 oyunda meydanda olub. Bu görüşlərdə 14 məhsuldar ötürmə edən Şabanov həm də 2 qola imza atıb. Onun komandaya verdiyi töhfə həm baş məşqçi heyəti, həm də azarkeşlər tərəfindən yüksək qiymətləndirilir. Klub rəhbərliyi yeni mövsümdə də onun oyununun həlledici rol oynayacağına inanır.