Bizim haqqımızda

Karvan Futbol Klubu – Azərbaycan futboluna dəyər qatan, peşəkarlığı və azarkeş sevgisi ilə seçilən bir komandadır. Klubumuz, 2004–cü ildə təsis edilmiş və qısa müddət ərzində yerli futbol ictimaiyyətinin rəğbətini qazanmışdır. Karvan FK-nın əsas məqsədi ölkə futbolunun inkişafına töhfə vermək, gənc istedadlara dəstək olmaq və azarkeşlərə keyfiyyətli futbol təqdim etməkdir. Klubumuz həm Premyer Liqa, həm də gənclər və uşaq liqalarında fəal iştirak edir.

Bizim Heyətimiz

Kənan Kərimov
Vitse-prezident
Bəhruz Musayev
Mətbuat sözçüsü
Elvin Əjdərli
İdman direkoru
2004

Quruluş

“KARVAN” İdman Klubu ölkə prezidenti İlham Əliyevin idman sahəsində xüsusi diqqət və qayğısının təzahürü olaraq, 11 iyun 2004-cu ildə Yevlax şəhəridə təsis edilmişdir. Əsas məqsədimiz ölkədə gedən ümumi inkişafa qoşulmaq, Azərbaycan Futbolunu inkişaf etdirmək və bu sahədə öz sözünü deməkdir.

2004

Ölkə üçüncüsü

2004-cü ildə "Karvan İK" Azərbaycan futbolunun elitasında ilk mövsümünü keçirərək diqqət çəkən çıxışla yadda qaldı. Debüt mövsümündə olmasına baxmayaraq, komanda Azərbaycan Premyer Liqasında yüksək səviyyəli oyun nümayiş etdirərək çempionatı 3-cü pillədə tamamladı. Bu, həm klub, həm də yerli futbol ictimaiyyəti üçün böyük nailiyyət idi. Komandanın 2004-cü ildə qazandığı bürünc medal, "Karvan"ın potensialını və gələcəkdə daha böyük uğurlara imza atmaq gücünü göstərdi. Həmin ilki uğur klubun sonrakı illərdə daha da inkişaf etməsinə zəmin yaratdı və futbolçular üçün peşəkar arenada özlərini sübut etməyə imkan verdi. "Karvan İK" bu nəticə ilə Azərbaycan futboluna iddialı və dinamik bir komanda kimi daxil oldu.