Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün rəsmi püşkatma mərasimi uğurla keçirilib. Tədbir “Alov Qüllələri” kompleksində yerləşən “Üzeyir Hacıbəyli zalı”nda baş tutub və Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, eləcə də digər rəsmi şəxslər iştirak ediblər. Püşkatma 18 iyul 2025-ci il tarixində keçirilib və klubumuz I turda “Qəbələ” ilə üz-üzə gələcək komandaların sırasına daxil edilib.

Növbəti mövsüm avqustun 15-də start götürəcək və “Karvan-Yevlax” FK-nın yeni mövsümdə ilk oyununu Şamaxı şəhər stadionunda "Qəbələ"yə qarşı keçirəcəyi artıq rəsmiləşib.  Bütün I tur görüşləri həmişəki kimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayacaq.

Photo by: pfl.az