"Karvan" FK heyətini yeni transferlə gücləndirib. Klubumuz Nigeriyalı hücumameyilli yarımmüdafiəçi Gavi Thompsonla 1 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçu son olaraq Nigeriyanın “Sportinq Lagos” komandasında çıxış edib.
Gavi Thompson Nigeriyanın U-17 və U-20 milli komandalarının formasını geyinib. Peşəkar karyerası ərzində 139 oyunda iştirak edən yarımmüdafiəçi 12 qol və 14 asistlə yadda qalıb. Yeni transferimizə "Karvan" ailəsinə xoş gəldin deyir, uğurlar arzulayırıq!