"Karvan" FK heyətinə daha bir yeni futbolçu qatıb. Klubumuz İngiltərəli hücumameyilli yarımmüdafiəçi Kyle Spence ilə 1 illik müqavilə imzalayıb. 28 yaşlı futbolçu karyerasına "Kristal Pelas" klubunun akademiyasında başlayıb. 
O, son olaraq Şimali İrlandiyanın “Coleraine” komandasında çıxış edib. Spence bu klubda 134 oyuna çıxaraq 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Zəngin təcrübəsi və sürətli oyun tərzi ilə seçilən futbolçu yeni mövsümdə komandamıza əlavə güc qatacağına inanırıq. 
"Karvan" ailəsinə xoş gəldin, Kyle! Sarı-qara formanla uğurlar arzulayırıq!